“Dolları manata çevirməklə bağlı limit olub-olmadığını bilmirəm, çünki hələ indiyə qədər bu barədə heç kim şikayət etməyib. Dolların alışına limit qoyulması isə əslində qanunsuzdur. Heç bir qanunda bununla bağlı nəsə yoxdur. Belə bir limitin olduğunu heç bir dövlət orqanı indiyə kimi bəyan etməyib, boynuna da almır. Banklar deyirlər ki, “biz etmişik”. Guya banklar birləşiblər, dollar alışına limit qoyurlar, Banklar Assosiasiyasında bu məsələ idarə olunur. Əlbəttə, bu, bank sirrinin pozulmasıdır. Çünki hansısa bir sistem var, o sistemə bütün məlumatlarımız gedir, guya buna Banklar Assosiasiyası nəzarət edir. Təbii ki, Assosiasiya kimin hansı bankdan nə qədər xarici valyuta aldığını görür. Bu sistem vasitəsilə bütün banklar da hər kəsin il ərzində nə qədər dollar aldığını görə bilirlər. Bu isə bank sirrimizin pozulmasıdır. İcazəmiz olmadan bunu edirlər”.
Asayis.az xəbər verir ki,bu sözləri Pravda.az-ın sorğusuna cavab olaraq bank üzrə ekspert Əkrəm Həsənov deyib.