Bakını bir-birinə qatan "avtoş" həbs edildi

 Bakını bir-birinə qatan

Bakıda təhlükəli hərəkətlərə yol verərək avtoxuliqanlıq edən sürücü həbs edilib.

Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, 99-XV-779 qeydiyyat nişanlı "VAZ 2107" markalı avtomobilin sürücüsünün şəhərin müxtəlif yerlərində və müxtəlif vaxtlarda etdiyi hərəkətləri görüntülərinə Dövlət Yol Polisi İdarəsində baxış keçirilib:

"Bununla bağlı həmin avtomobilin sürücüsü aprelin 1-də yol polisi əməkdaşları tərəfindən paytaxtın 20 Yanvar dairəsində saxlanılıb. Avtomobil dayandırılarkən onun üzərində əlavə konstruksiya dəyişiklikləri aşkar olunub. Sürücü polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayıb. Bununla bağlı əraziyə əlavə olaraq YPX əməkdaşları dəvət edilib və sürücünün aidiyyəti üzrə Yasamal rayonu 29-cu Polis Bölməsinə aparılması təmin edilib. Polis bölməsində sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.1, 342.9 və 535.1-ci maddələri ilə protokol tərtib olunaraq toplanmış materiallar Yasamal rayon Məkəməsinə göndərilib". 


Keçirilən məhkəmə zamanı törədilən qayda pozuntuları sübut olunduğu üçün sürücü Məmmədov Mais Asif oğlu 15 gün müddətinə inzibati qaydada həbs olunmaqla, sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

15:00 - 4 Aprel 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin