Respublika prokuroru çayda boğulub öldü - FOTO

 Respublika prokuroru çayda boğulub öldü - FOTO

Çuvaşiyada respublikanın prokuroru Andrey Fomin faciəli şəkildə ölüb.

Asayis.Az xəbər verir ki, o, chebswim-də (xüsusi forma ilə üzgüçülük yarışı) çimərkən boğulub.

İlkin məlumata görə, hadisə Volqa boyunca üzmə vaxtı baş verib. Saat 13 radələrində iştirakçılardan biri boğulmağa başlayıb. Sonradan məlum olub ki, bu, respublikanın prokuroru Andrey Fomindir.

Xilasedicilər onu sudan çıxararaq həkimlərə təhvil versələr də, kişini xilas edə bilməyiblər.

 

17:30 - 1 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin