Şakira Pikenin xəyanətini ən ağır anında öyrənib - DETALLARI AÇIQLADI - FOTO

 Şakira Pikenin xəyanətini ən ağır anında öyrənib - DETALLARI AÇIQLADI - FOTO

Şakira ilə Pike cütlüyü həyat yollarını ayırsa da, xarici mətbuatda onlar haqqında xəbərlər yayımlanmaqda davam edir. 

Asayis.az xarici KİV-ə istinadən xəbər verir ki, Şakira sevgilisinin xəyanəti barədə bəzi yeni detaları açıqlayıb.

O, Pikenin xəyanətini atası Uilyam Mebarak Çadidin reanimasiyada olduğu zaman öyrəndiyini bildirib: 

"Atam yıxılaraq ağır xəsarətlər almışdı. Onu dərhal xəstəxanaya apardıq. Hər şey bir anda oldu. Ailəm dağılırdı. Atam reanimasiyada olan zaman mən mətbuat vasitəsilə xəyanətə uğradığımı öyrəndim".

Xatırladaq ki, Pike ilə Şakira qalmaqallı şəkildə ayrılıblar. Buna səbəb Pikenin ona xəyanət etməsi olub. Hazırda Şakiranın "F1" pilotu Luiz Hemltonla eşq yaşadığı, Pikenin isə bir ay ərazində gənc sevgilisi Klara Çia ilə evlənəcəyi bildirilir. 

14:30 - 1 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin