Məşhur Sabirabad qarpızının yığımına başlanılıb.
Sahələrdə ilk kütləvi yığım həyata keçirilir.
Sabirabadlı fermerlər bu məhsulu əldə etmək üçün 5 aydan artıqdır əmək sərf ediblər.
Fermerlər bildiriblər ki, bostanlarda məhsul boldur. Yığımın ilk günləri olduğundan təlabat yaxşıdır. Bu günlərdə həmdə qiymət sərfəlidir. Belə ki, qarpızın 1 kiloqramının topdan qiyməti 55-60 qəpikdir.
Sairabad rayonun Əsgərbəyli kənd sakini Zaur Əliyev də ilk qarpız dərənlərdəndir. O bu il 25 hektarda məhsul yetişdirib. Deyir ki, qarpızın yetişdirilməsində ən böyük çətinlik xərclərin çox olmasıdır. Xüsusən də toxum xərcinin.
Daha ətraflı süjetdə:
VİDEO