Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinin 62 yaşlı işçisi işdə vəfat edib.
Hadisə bu gün idarədə qeydə alınıb.
Belə ki, Naxçıvan şəhər Qaraçuq kənd sakini, 1961-ci il təvəllüdlü Seyidov Mirismayil Miryusif oğlu işdə qəfildən ölüb. Onun ölümünə səbəb ürəktutması olub. İlkin məlumata görə, M.Seyidov uzun zamandır ürək xəstəsidir.
Faktla bağlı araşdırma aparılır./APA