Göyçayda heyvan bazarında qiymətlər “cib yandırır” - VİDEO

 Göyçayda heyvan bazarında qiymətlər “cib yandırır” - VİDEO

“Hər il iki qurban kəsirdim, bu il birini alsam, sevinərəm”.

Asayis.az xəbər verir ki, bu sözləri Göyçayda Qurban bayramı öncəsi təşkil olunmuş heyvan bazarındakı vəziyyətlə bağlı danışan alıcı deyib.

Digər alıcılar da bahalıqdan şikayətləniblər: “Ötən il qiymətlər münasib idi. Ən baha satılan heyvan 1800 manat idisə, indi 2500 manatdır”.

Satıcılar isə qiymət artımını yem və otun baha olması ilə əlaqələndiriblər.

Ətraflı Baku TV-nin süjetində:

 

VİDEO

19:00 - 26 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin