Vəliyevlərin daha 3 şirkəti LƏĞV EDİLİR

 Vəliyevlərin daha 3 şirkəti LƏĞV EDİLİR

“Yevlax Kənd Təchizat”, “Yevlax-Mərkəzi Bazar” və “Mingəçevir Maşın Təmir” ASC-lər ləğv oluna bilər.
Asayis.Az-ın məlumatına görə, şirkətlərin ləğv edilməsi ilə bağlı cəmiyyətin səhmdarı Vəliyev Şahmar Rüstəm oğlu ərizə yazıb. 

Ərizənin təmin edilib-edilməməsi barədə məsələ cəmiyyətlərin 10 və 11 avqust tarixlərində baş tutacaq səhmdarlarının ümumi yığıncağında müzakirə ediləcək. Həmçinin yığıncağın gündəliyinə Ləğvetmə Komissiyasının tərkibinin təsdiq edilməsi, ləğv edilmənin müddətinin müəyyən olunması və  cəmiyyətlərin səhmlərinin dövriyyədən çıxarılması və ləğv edilməsi haqqında qərarın qəbul edilməsi məsələləri daxildir.

Hazırda “Yevlax Kənd Təchizat” ASC-nin İdarə Heyətinin sədri Bəşirov Mirtofiq Faxrəddin oğlu, “Yevlax-Mərkəzi Bazar” ASC-nin sədri Əzizov Elnur Famil oğlu, “Mingəçevir Maşın Təmir” ASC-nin sədri isə Əzizov Mobil Əmir oğludur.

Qeyd edək ki, Şahmar Vəliyev Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin qardaşıdır.


“Ölkə.Az”

13:00 - 26 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin