Milli Kitabxanada işçilərin maaşına edilən əlavələr niyə verilməyib?

 Milli Kitabxanada işçilərin maaşına edilən əlavələr niyə verilməyib?

Azərbaycan Milli Kitabxanasında Qurban bayramı ilə əlaqədər işçilərin maaşına edilən əlavələrin verilmədiyi iddia olunur.

Pravda.az-a daxil olan məlumatda bildirilib ki, bayramla əlaqədar əlavələr işçilərin hesabına köçürülməyib, səbəbi barədə isə kollektivə heç bir məlumat verilmir.

Pravda.az-ın əməkdaşı məlumatı aydınlaşdırmaq üçün Milli Kitabxananın Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini Ədibə İsmayılova ilə əlaqə saxlayıb.

Ə.İsmayılova məlumatı təkzib edib: “Qurban bayramı ilə əlaqədar əlavələr yazılıb, əməkdaşların maaş kartına köçürüləcək, qətiyyən narahat olmasınlar. Bizdə belə şeylər olmur. Deyiblər, eybi yox. Həmişə maaşa əlavələr edilir. Birinci dəfədir ki, belə şey eşidirik. Heç vaxt Milli Kitabxanada belə şeylər olmayıb, nə də heç kim Kitabxanada elə işlərlə məşğul deyil. Kitabxananın 100 illiyi ilə əlaqədar Sərəncam da var. Hələ bir azdan yığılıb kollektivi təbrik də edəcəyik. Bayramla əlaqədar əlavələrin keçirilməsi barədə elan da veriləcək”.

11:49 - 25 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin