Azərbaycanda məktəb çökdü: ölənlər var

 Azərbaycanda məktəb çökdü: ölənlər var

Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin Babək rayonunda məktəbdə aparılan yenidənqurma işləri zamanı inşaat çöküb.

Məlumata görə, Nehrəm kənd 3 nömrəli tam orta məktəbində baş verən bədbəxt hadisə nəticəsində inşaatda çalışan 3 usta vəfat edib.

Hadisə ilə əlaqədar Babək rayon xəstəxanası və Nehrəm kənd 3 saylı tam orta məktəbinin direktoru Ölkə.Az-ın sorğusuna cavab verməkdən yayınıb.

Hadisə yerində çəkildiyi deyilən fotonu təqdim edirik.

Qeyd edək ki, hadisə nəticəsində şagirdlər arasında 20-yə qədər ölü və yaralananların olması ilə bağlı məlumat yayılmışdı.

14:20 - 31 Mart 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin