Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin Babək rayonunda məktəbdə aparılan yenidənqurma işləri zamanı inşaat çöküb.
Məlumata görə, Nehrəm kənd 3 nömrəli tam orta məktəbində baş verən bədbəxt hadisə nəticəsində inşaatda çalışan 3 usta vəfat edib.
Hadisə ilə əlaqədar Babək rayon xəstəxanası və Nehrəm kənd 3 saylı tam orta məktəbinin direktoru Ölkə.Az-ın sorğusuna cavab verməkdən yayınıb.
Hadisə yerində çəkildiyi deyilən fotonu təqdim edirik.
Qeyd edək ki, hadisə nəticəsində şagirdlər arasında 20-yə qədər ölü və yaralananların olması ilə bağlı məlumat yayılmışdı.