Bakıda özünü “avtoritet” kimi təqdim edib, pul istəyən kimdir?

 Bakıda özünü “avtoritet” kimi təqdim edib, pul istəyən kimdir?

Bakının Nəsimi rayonunda 1991-ci il təvəllüdlü Seymur şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı tanışı Anara xəsarət yetirib. 
Asayis.Az-ın məlumatına görə, hadisə ötən ilin iyunun 4-də, gecə 2 radələrində baş verib. 

Həmin vaxt Seymur Anara bıçaqla xəsarət yetirib. 

Hadisəni törədən Seymurun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Seymur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, hadisə baş verən gün məhəllədə olub: 

“Anar mənə yaxınlaşdı və pul istədi. Anar bundan əvvəllər də oməndən pul istəmişdi. Mən də pulum olan vaxt Anara vermişəm. Pulum olmayanda isə verməmişəm. Həmin gün də üzərimdə pul olmadığı üçün Anara pul verə bilmədim. Hadisə olan gün pul verməyən zaman Anar məni söyməyə başladı. Mən dəbundan əsəbləşdim və “besedka”da olan bıçağı götürərək Anarı vurdum. Anarı bıçaqla vurandan sonra sonuncu taksiyə mindi və “Semaşko” xəstəxanasına getdi”.

Təqsirləndirilən şəxs bildiribki, Anar həyətdə özünü “avtoritet” kimi göstərib və buna görə də ondan pul istəyib: 

“Əvvəllər də Anara istəyəndə 15-20 manat vermişəm. Həmin gün isə Anara pul olmadığını dedim. O da evdən pul gətirməyimi bildirdi. Bir daha Anara pulumun olmadığını dedim. O, isə səbəbsiz yerə məni nalayiq söyüşlərlə söydü”. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Seymur 3 il 11 ay 17 gün müddətinə azadlıqdan məhrum edilib. 


Demokrat.az

12:08 - 24 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin