"Azerbaijan International Telecom" MMC ("AzInTelecom") barəsində cərimə protokolu yazılıb.
Asayis.Az-ın məlumatına görə, şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.
Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
İş hakim Elməddin Hüseynovun icraatına verilib.
Məhkəmənin ilkin hazırlıq iclası iyunun 24-nə təyin edilib.
Pravda.az