Əhaliyə SMS göndərən sığorta şirkətlərinə xəbərdarlıq edilib - Taleh Kazımov

 Əhaliyə SMS göndərən sığorta şirkətlərinə xəbərdarlıq edilib - Taleh Kazımov

Sığorta agentləri əhalini qorxudur ki, əmlaklarını sığora etdirməsələr, cərimələnəcəklər. Onların bu səlahiyyəti yoxdur.

Asayis.Az xəbər verir ki, bunu Milli Məclisin iclasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

O qeyd edib ki, bu məsələ ilə bağlı sığorta şirkətlərinə və agentlərinə xəbərdarlıq edilib. “Biz istehlakçılardan narahatlıqlar eşidirik. Sığorta şirkətlərinə də, agentlərinə də xəbərdarlıq etmişik ki, istehlakçılara SMS-lər göndərmək, zənglər etmək onların səlahiyyətində deyil”, - deyə o əlavə edib.

14:11 - 23 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin