Yükəsk inflyasiya şəraitində kredit üzrə faizlərin azaldılması məqbul hesab edilmir.
Asayis.Az xəbər verir ki, bunu Milli Məclisin iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
O qeyd edib ki, Azərbaycanda kredit faizləri hüquqi şəxslər üzrə 10,1 faiz, fiziki şəxslər üçün isə 16,1 faizdir.
“Gürcüstanda hüquqi şəxslər üçün 14%, fiziki şəxslər üçün 18,6 %-dir. Bizdə kredit faizləri qonşu ölkələrdən aşağıdır. Kredit faizləri bir neçə amildən formalaşır. Kredit faizlərinin aşağı salınması infilyasiyanı kəskin artıra bilər. Bu da makroiqtisadi göstəricilər üçün qəbul edilən deyil”, - deyə o əlavə edib./Trend