“Mərkəzi Bankın sədrinin pul nişanları üzərində imzasının nə zamandan olacağı məsələsi qaldırılmışdı”.
Asayis.Az xəbər verir ki, bunu Milli Məclisin iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
AMB sədri bildirib ki, kifayət qədər çap olunmuş ehtiyat var: “Ona görə dövlət vəsaitinin qənaətinə görə imza məsələsinə tələsmirik. Əsas pulun bərəkətli olmasıdır. Amma 1 manatlıq nominallar tez köhnəldiyinə görə sentyabr ayında yeni imza ilə tədavülə buraxılacaq”.