Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun vətəndaşlar tərəfindən döyülməsi barədə iddialar həqiqəti əks etdirmir.
Asayis.Az xəbər verir ki, bu barədə Yeniavaz.com-un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.
O qeyd edib ki, ümumiyyətlə, heç bir insident yaşanmayıb.
Xatırladaq ki, jurnalist Həbib Müntəzir Neftçala rayonunun Bankə qəsəbəsində vətəndaşlarla səyyar görüş keçirən rayonun icra başçısı Mirhəsən Seyidovun vətəndaşlar tərəfindən döyüldüyünü iddia edib.