“İndigo” MMC-nin mətbəəsində ölüm - Şirkət rəhbərinə bəraət verildi

 “İndigo” MMC-nin mətbəəsində ölüm - Şirkət rəhbərinə bəraət verildi

Ali Məhkəmədə Bakıda əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda təqsirləndiirlən Şahlar Mirzəyevin barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

Asayis.Az-ın məlumatına görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun kassasiya protesti təmin edilməyib.

Səbail Rayon Məhkəməsinin hökmü ilə Şahlar Mirzəyevə bəraət verilib. Daha sonra dövlət apellyasiya protesti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Protest təmin olunmayıb.

Qeyd: 2021-ci il dekabrın 16-sı saat 11 radələrində paytaxtın “İndigo” MMC-yə məxsus mətbəənin operatoru 1993-cü il təvəllüdlü Xəyyam Təhməzov iş yerində ölüb.

Hadisə Səbail rayonu, Bayıl qəsəbəsi, Əhəd Yaqubov küçəsində yerləşən mətbəədə baş verib.

Xəyyam Təhməzov kağızları kəsmə yolu ilə qabaqcadan müəyyən olunmuş formanı vermək təyinatı daşıyan avadanlıqda işləyirmiş. Bu zaman qurğunun içində qalan kağızları çıxarmaq məqsədilə baş və əl nahiyyəsini avadanlığın içinə salıb. Hidravlik pressin arasında qalması nəticəsində xəsarət alaraq ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Daha sonra “İndigo” MMC-nin çapdan sonrakı sahə üzrə rəhbər vəzifəsində işləyən Şahlar Mirzəyev cinayət məsuliyyətinə cəlb edilib.

Xatırlatma: Xəyyam Təhməzov Vətəndaş Həmrəliyi Partiyasının (VHP) Cəbrayıl rayon təşkilatının üzvü olub.

Pravda.az

16:09 - 22 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin