Azərbaycanın ilk Prezidenti Ayaz Mütəllibovun dəfn olunacağı yer məlum olub.
Sabiq dövlət başçısı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində (“Şəhriyar” adına mədəniyyət klubunda -red.) vida mərasimi keçiriləcək.
Mərhum I Fəxri xiyabanda dəfn olunacaq.
Xatırladaq ki, A. Mütəllibov ötən gün 84 yaşında dünyasını dəyişib.