AZTV-nin aparıcısının atasının maşını qarət olundu - FOTOLAR

 AZTV-nin aparıcısının atasının maşını qarət olundu - FOTOLAR

Bu gün axşam saatlarında Sumqayıtda avtomobil qarət edilib. 
 

Hadisə Azərbaycan televiziyasının aparıcısı Səbuhi Vaqifoğlu atası ilə birgə restoranda şam edən zaçan baş verib.

Bu barədə aparıcı özü paylaşım edib:

"Sumqayıtda Səməd Vurğun küçəsində yerləşən Turan restoranı (Şahmat klubu ilə üzbəüz) tərəfdə avtomobili saxladıq, getdik restorana. Hardasa yarım saat sonra restoranın ofisiantı yaxınlaşdı ki, maşını yarıblar".

Zərərçəkən qeyd edib ki, maşından əl çantası, içərisində təxminən 1500 manat pul, bank kartları, şəxsiyyət, sürücülük vəsiqəsi və digər sənədlər oğurlanıb.


21:06 - 26 Mart 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin