Azərbaycanın rayonlarında iyunun 18-i gündüz şimal və qərb rayonlarından başlayaraq 21-i gündüzədək bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir.
Asayis.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Əsasən Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran rayonlarında yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Qərb küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.