“Son zəng zamanı kriminal mahnıların daha çox səslənməsi, bizi ciddi düşündürməlidir. Son zəng zamanı səslənən bu mahnılar sosial şəbəkələrdə paylaşılır və təhsil sahəsində baş verənlərə görə aidiyyəti qurumlar reaksiya vermir”.
Asayis.Az xəbər verir ki, bunu deputat Naqif Həmzəyev parlamentdə çıxışı zamanı deyib.
“Elm və təhsil nazirliyi və onun strukturları hara baxır? Bunun qarşısı alınmalıdır. Necə etməliyik ki, belə hallar gələcəkdə baş verməsin. Məktəbdən kənar yerləri anlayırıq, orada bunun qarşısını almaq tam mümkün olmasa da, məktəblərdə bunun qarşısı alınmalıdır”, - deputat qeyd edib.
O əlavə edib ki, bununla bağlı Elm və Təhsil Nazirliyi tərəfindən konsepsiya hazırlanıb həyata keçirilməlidir. (olke.az)