“Camaat zəhmətinin çörəyini yeyir, o isə başsağlıqlarından gələn pulları…"

 “Camaat zəhmətinin çörəyini yeyir, o isə başsağlıqlarından gələn pulları…

"Bəxtiyar Sadıqova 1,5 milyon deyil, 3,5 milyon manat da ayırsan, "Azərbaycan" qəzetini dirçəldə, ayağa qaldıra bilməz. Çünki Bəxtiyar Sadıqovun qəzetçilik anlayışı müasir standartlara cavab vermir. Camaat istedadının, zəhmətinin çörəyini yeyir, o isə başsağlıqlarından gələn pulları yeyir". 

Asayis.Az xəbər verir ki, bu sözləri açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib. 



Jurnalist bildirib ki, XXI əsrdə mədhiyyə deməklə, yaxşı-pis bütün məmurları tərifləməklə qəzet çıxarmaq, oxucunu əldə saxlamaq olmaz:

"Mən çap mətbuatının yaşamasının tərəfdarıyam. Qəzetlər dövrün səlnaməsini yazır. Amma bu iş Bəxtiyar Sadıqovluq deyil. O, yaradıcılığa pul kimi baxır. Bu baxımdan Bəxtiyar Sadıqovun timsalında "Azərbaycan" qəzetinin gələcəyini görmürəm.

Məncə, ölkədə bir neçə qəzet qalmalı, fəaliyyətini davam etdirməlidir. Rəsmi qəzetə ehtiyac varsa, "Xalq qəzeti"nin maliyyəsini bir az da artırsınlar. Əflatun Amaşov qısa müddət ərzində bu qəzetin simasını dəyişə bilib.

Müstəqil qəzet lazımdırsa, Rəşad Məcidin təcrübəsindən yararlansınlar, "525-ci qəzet"ə, "Yeni Müsavat"a, "Türküstan"a, "Unikal"a, "Şərq"ə daha çox maliyyə ayırsınlar.

72 yaşlı Bəxtiyar Sadıqovun təqaüdə çıxmaq vaxtıdır, gedib ömrünün yerdə qalan hissəsini nəvə-nəticəsi ilə birlikdə keçirsin".

 

Demokrat.az

16:39 - 14 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin