Rusiya ordusu Ukraynada yeddinci generalını itirdi

 Rusiya ordusu Ukraynada yeddinci generalını itirdi

Ukraynada Rusiya ordusunun daha bir generalı öldürülüb.

Bu barədə Ukrayna prezident ofisinin məsləhətçisi Aleksey Arestoviç bir qədər əvvəl keçirdiyi brifinqdə bildirib.

Qeyd olunub ki, öldürülən general-leytenant 49-cu ordunun komandanı Yakov Ryazantsevdir.

O, Çernobaeyvka yaxınlığında həlak olub.

Qeyd edək ki, bununla da Rusiya ordusunun Ukraynada itirdiyi generalların sayı 7 nəfərə çatdı.

16:59 - 25 Mart 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin