Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində tikinti materialları satışı mağazası və anbarında yanğın başlayıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.
Yanğının qarşısı alınıb. Hadisənin səbəbləri araşdırılır.