Azərbaycanın tanınmış bəstəkarı Cavanşir Quliyev Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin taksi xidmətinin bahalaşacağına dair açıqlamasına münasibət bildirib.
Asayis.Az-ın xəbərinə görə, C.Quliyev sosial şəbəkədə “Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev: “Dünyada ən ucuz taksi bizdədir, belə olmaz, bahalaşmalıdır!” Ha-ha-ha, mənim nazirim…” qeydini yazıb.
Nazirin açıqlaması digərləri tərəfindən də tənqidlə qarşılanıb.