“OBA Market” MMC barəsində cərimə protokolu tərtib edilib.
Asayis.Az xəbər verir ki, şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 447.0.1-ci (İstehlakçıların hüquqlarının pozulması, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına) maddəsi ilə inzibati protokol yazılıb.
Daha sonra protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.
İş hakim Vaqif Həsənovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclası iyunun 21-nə təyin edilib.
Fotoları təqdim edirik