Məktəblərdə müşahidə olunan neqativ hallarla bağlı mütəmadi şəkildə maarifləndirici işlər aparılır, müvafiq tapşırıqlar verilir.
Asayis.Az-ın məlumatına görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.
“Təbii ki, biz də məktəblərdə müəyyən neqativ halların olmasının tərəfində və arzusunda deyilik. Amma təəssüf ki, bu kimi hallar baş verəndə də kəskin addımlar atılır və atılacaq. Bu sahədə valideynləri də əməkdaşlığa çağırırıq. Çünki valideynlər müəyyən məsələlərdə təşəbbüskar olmamalıdır. Əgər onlar bu sahədə bizə kömək edərlərsə, daha üstün və yaxşı nəticələr əldə edə bilərik”,- deyə M.Vəliyeva əlavə edib.
Qeyd edək ki, sosial şəbəkələrdə 1 saylı Xırdalan tam orta məktəbin 4-cü sinif müəllimi Yaqut Ağamalıyevanın valideynlərə özünə qızıl aldırması ilə bağlı iddialar yayılıb.