"Mən heç vaxt çox yatmamışam" - Zelenski gündəlik həyatından danışdı

Ukrayna prezidenti Vladimir Zelenski müharibə zamanı gündəlik həyatından danışıb.

Dövlət başçısı la Repubblica-ya müsahibəsində neçə saat yatdığını və ailəsi ilə nə qədər əlaqə saxladığını bildirib.

"Mən heç vaxt çox yatmamışam - belə rejimə öyrəşmişəm, bu, problem deyil. Amma ailəmlə daha çox ünsiyyət qurmaq istərdim, bu doğrudur. İnanıram ki, bu, mütləq olacaq", - Zelenski deyib.

O, prezident seçkilərində qalib gəldikdən sonra inauqurasiya nitqində Ukrayna vətəndaşlarına "Hər birimiz prezidentik” dediyini xatırladıb.

"Mən hər birimiz prezidentik deyəndə hamımızın bərabər olduğumuzu və hamımızın ölkəmizin gələcəyinə cavabdeh olduğumuzu nəzərə alaraq demişdim. Bu gün hər birimiz torpağımızın, dövlətimizin və ümumi gələcəyimizin müdafiəçisiyik. Mən Ukrayna vətəndaşları ilə fəxr edirəm - hərbçilər və mülki şəxslər, könüllülər, həkimlər, müəllimlər, sürücülər, bu əzablara dözmək məcburiyyətində qalan uşaqlarımız... Belə insanların prezidenti olmaq mənim üçün böyük şərəfdir”, - Ukrayna rəhbəri bildirib.

Bundan əvvəl prezident Volodimir Zelenski rusları oğullarını müharibədən xilas etməyə və Rusiyanın Ukraynaya qarşı müharibəsi haqqında həqiqəti söyləməyə çağırıb.

19:29 - 24 Mart 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin