Əri məşhur blogerin şantaj iddiasından DANIŞDI

 Əri məşhur blogerin şantaj iddiasından DANIŞDI

Xəbər verdiyimiz kimi, bloger Günay Mehdiyeva keçmiş həyat yoldaşı Fərdi Əliyev tərəfindən şantaj olunduğunu açıqlayıb.

Asayis.Az xəbər verir ki, Fərdi Əliyev şəxsi sosial şəbəkə hesabında məsələyə münasibət bildirib.

O, həyat yoldaşı Günayın dediklərinin doğru olmadığını deyib:

"Mən də çıxıb çox sözlər deyə bilərəm, məni tanıyan tanıyır, tanımayan da tanımasa yaxşıdır. Mən heç kimi şantaj etməmişəm. Mənim tək bir istəyim olub, o da mənim adıma ləkə gəlməməyidir. Mən heç kimin nömrəsini də paylaşmamışam. Belə söhbətin içində olduğuma görə, özümdən utanıram.

Yenə də canı sağ olsun, mən yenə də onu çox istəyirəm. Baş verənlər bizim ailəvi söhbətimizdir. Mən əvvəldən sosial şəbəkələrə girməklə səhv etmişdim. Bataqlığın içindən çıxa da bilmədim. Mən əsgərlikdə olanda da "Tiktok”a görə çox problem yaşamışdım. Hər kəs dalımca danışırdı ki, "o oğlan tiktokerdir”. Başqa bir səbəbdən Azərbaycan mentalitetinə uyğun olmadığı üçün, hər kəs deyirdi ki, sən yoldaşınla videolar çəkib paylaşırsan. Buna baxmayaraq, mən hər kəslə əlaqəmi yaxşılaşdırdım, indi hamı ilə əlaqəm əladır. Bilirəm ki, ətrafımda olan hər kəsin bu söhbətdən xəbəri var, amma heç kim mənə heç nə demir. Niyə? Çünki bilirlər ki, Fərdi elə oğlan deyil. Mən əsgərəm və düşmənlə üzbəüz Vətənə xidmət edirəm. İnsanlar bu danışıqları ilə mənə psixoloji təzyiq göstərir. Bir daha bu söhbətlərdə adımın hallanmağını istəmirəm”./azxeber.com

 

12:52 - 12 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin