Göyçayda tövlə yandı, inəklər tələf oldi

 Göyçayda tövlə yandı, inəklər tələf oldi

Göyçay rayonunda yanğın hadisəsi olub.

Bu gün saat 15:00 radələrində rayonun Şəkər kənd sakini, 1977-ci il təvəllüdlü Salmanov Vaqif Hüseyn oğluna məxsus mal-qara tövləsində yanğın baş verib. Ümumi sahəsi 36 kvadratmetr olan tövlədə baş verən yanğının söndürülməsi üçün hadisə yerinə Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib. Hadisə zamanı tövlə, damdakı 500 ədəd ot bağlaması və iki baş iri buynuzlu heyvan yanaraq tələf olub. Alovun yaxınlıqdakı evə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.

18:08 - 24 Mart 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin