Azərbaycanın müasir hərb tarixində etdiyi inqilab ABŞ-ın “Vaşinqton Post” qəzetində…

 Azərbaycanın müasir hərb tarixində etdiyi inqilab ABŞ-ın “Vaşinqton Post” qəzetində…

Azərbaycanıny müasir hərb tarixində etdiyi inqilab ABŞ-ın Vaşinqton Post qəzetində manşet olub.

Qəzetdə "Rus tankları vurulur. Onların müasir döyüş meydanında hələ də yeri varmı?" başlıqlı məqalə dərc olunub. 

Məqalədə Azərbaycan nümunəsinə xüsusi yer verilib. 44 günlük Vətən müharibəsində Azərbaycanın zəfərinə diqqət çəkilib. Bildirilir ki, ABŞ Ukraynanı müxtəlif silahlar, o cümlədən kamikadze pilotsuz uçuş aparatları ilə təmin etdiyi üçün rusların daha ağır itkilərə məruz qalması ehtimalı yüksəkdir. Təbii ki, söhbət Ukraynadakı müharibədən gedir.

Vurğulanır ki, TB2 pilotsuz uçan aparatlarının və İsrail istehsalı olan sursatların birləşməsi Azərbaycanın 2020-ci ildə Ermənistana qarşı zəfərli müharibəsində çox güclü olduğunu sübut etdi. 

Ardınca qeyd edilir ki, bu müharibədə Ermənistanın döyüş maşınlarının 47 faizi zədələnib və ya məhv edilib. Amma Vaşinqton Post burada bir yanlışlığa yol verib. Çünki 44 günlük müharibədə real olaraq Ermənistanın hərbi texnikasının 47 faizi deyil, təxminən 80 faizi məhv edilib.


16:51 - 23 Mart 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin