Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti dəyişməyib.
Asayis.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli ötən günlə eyni qiymətə - 78,43 ABŞ dollarına ticarət edilib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.