Bakıda qayın yeznəsinin qabırğalarını sındırdı - TƏFƏRRÜAT

 Bakıda qayın yeznəsinin qabırğalarını sındırdı - TƏFƏRRÜAT

Bakının Suraxanı rayonunda 1980-ci il təvəllüdlü Fərid şəxsi münasibətlər zəminində yaranan münaqişə zəminində yeznəsi Əsədə (adlar şərti verilib – red.) xəsarət yetirib. 
Asayis.Az-ın məlumatına görə, hadisə ötən ilin iyunun 3-də Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində baş verib. 

Fərid bacısının həyat yoldaşı Əsəd tərəfindən incidilməsi və narahat edilməsi səbəbindən onunla münasibətlərin pozulması zəminində mübahisələri olub. Bu zaman Fərid Əsədi yumruq və təpiklə vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 

Hadisəni törədən Fəridin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, zərərçəkmiş şəxs onun həm xalası oğludur, həm də yeznəsidir: 

“Hadisədən təqribən bir həftə - 10 gün əvvəl bacım ayaqyalın evdən çıxaraq bizə gəldi. Səbəbini öyrəndikdə Əsədin onu döyüb, təhqir etdiyi üçün evdən qaçdığını dedi. əsəd rayonda olan vaxtdan bacımı hər zaman nalayiq sözlərlə təhqir edib, döyüb incidib.. Sonra atam rəhmətə getdi. Atamın 40 mərasimi çıxan kimi anam da xəstələndi və o da vəfat etdi. Əsəd içib özündə olmurdu, öz qardaşları, qonşuları dəfələrlə onu döyüblər”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, bacısı dözməyib və boşanmaq istədiyini bildirib: 

“Anamın 7 mərasimindən sonra bütün qohumlar yığışdı, boşanma məsələsini danışdılar. Xalam razı olmadı. Əsəd də gəldi, orada and içərək birdə bacımı incitməyəcəyini dedi. Biz razılaşdıq, ailəsində götürərək getdi. 5-10 gün normal yaşadılar, sonra yenə Əsəd bacımı incitməyə başladı. Bacım yenə ayaqyalın bizə gəldi”. 

Fərid deyib ki, iyunun 2-də evdə olarkən, yenə bacısı gəlib və deyib ki, yenə Əsəd onu döyüb, təhqir edib: 

“Bacım orada olanda zəng etdim. Əsəd məni də təhqir etdi. Mən də Əsədə bizə söz verdiyini, bir də bacımı incitməyəcəyini bildirməsini xatırlatdım. Əsəd yenə də məni təşqir etdi. Mən də Əsədin evinə gəldim ki, söhbət edim. Əsəddə içkili olduğundan məni söhbət zamanı yenə söyməyə başladı. Yeznəmi olmasına baxmayaraq biz qardaş kimi olmuşuq. Lakin məni təhqir edərkən dözmədim, yumruq, təpiklə onu vurdum”.

Cinayət işi üzrə zərərmçəkmiş Əsədin sözlərinə görə, yaşadıqları müddət ərzində həyat yoldaşı ilə aralarında keçimsizlik olub: 

“Sonuncu dəfə də həyat yoldaşımı döydüm. Onu incitdiyim üçün gedərək qardaşı Fəridə şikayət etdi. Fərid həmin günü evimə gəldi. Mən də içkili olmuşam. Fərid də içkili olub. Bir qədər söhbət etdik. Mən əsəbləşdim, nalayiq söyüş işlətdim. Həmin vaxt aramıznda mübahisə yarandı. Fərid məni yumruqla vurdu. Həmin vaxt qabırğalarım sındı”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Fəridin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. 

Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza təyin edilib. 


Demokrat.az

15:23 - 9 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin