Kolumbiyalı narkobaron həbsxanadan qaçdı

 Kolumbiyalı narkobaron həbsxanadan qaçdı

Kolumbiyalı narkobaron Xuan Kastro həbsxanadan qaçıb.

“Clan del Golfo” kartelinin lideri həbsxana nəzarətçisi geyimində müəssisəni tərk edib.

O, 2021-ci ilin mayında həbs edilib.

Qaçmazdan əvvəl baronun narkotik ticarəti və çirkli pulların yuyulmasında ittiham olunduğu ABŞ-a ekstradisiyası gözlənirdi və o, Boqota həbsxanasında saxlanılırdı.

Qaçış zamanı bəzi müşahidə kameraları söndürülüb və narkobaron avtomatik üz tanıma sisteminin işə düşməsinin qarşısını almaq üçün üzünü örtərək işçilərin yanından keçib.

Kolumbiya hakimiyyəti Kastronun mühafizəçilərə rüşvət üçün azı beş milyon dollar xərclədiyindən şübhələnir.

Artıq həbsxananın rəhbəri, onun müavini və 55 mühafizəçi işdən kənarlaşdırılıb.

 

09:50 - 23 Mart 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin