Plastik FACİƏ: “Medera” Hospitalı öz işçisini öldürdü - FOTO

 Plastik FACİƏ: “Medera” Hospitalı öz işçisini öldürdü - FOTO

Bakıda “Medera” Hospitalında plastik əməliyyat etdirən qadın vəfat edib.
Asayis.Az axar.az-a istinadla xəbər verir ki, hospitalın plastik cərrahı Günel Bayramlı elə həmin klinikada, “resepşn”da çalışan Aygün adlı əməkdaşını əməliyyat edib.

Məlumata görə, Aygün Günel Bayramlıya bədən şəkilləndimə əməliyyatı etdirib. Əməliyyatdan sonra xanım özünü narahat hiss etdiyini bildirsə də, həkim buna əhəmiyyət verməyib və onu evə buraxıb. Əməliyyat olunan Aygünün iki gün sonra evində halı daha da pisləşib və o, tromplaşmadan dünyasını dəyişib.

“Medera” Hospitalının icraçı direktoru Lalə Babayeva da ölüm faktını təsdiq edib.

Hospitaldan bildirilib ki, Günel Bayramlı hazırda işinə davam edir.

Qeyd edək ki, vəfat edən qadın Göyçayda dəfn edilib. O, ailəli olub, bir qız övladı var.

 

15:13 - 8 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin