Məlumdur ki, işçilər xüsusi geyim forması, iş ayaq geyimi, görəcəyi işlə bağlı təhlükəsizlik kəməri, eynək, əlcəklə təmin edilməlidir. Onların bu vasitələrdən istifadə etməsinə isə nəzarət olmalıdır.
Lakin “Şərur” MTK-nın fəhlələrin həyatını təhlükəyə atmasıyla bağlı Demokrat.az-a şikayət daxil olub.
Bildirilib ki, bu şirkətin Yeni Yasamalda inşa etdiyi binada heç bir təhlükəsizlik qaydalarına əməl edilmir.
Həmin ərazidə yaşayış mənzillərinin, həyatyani sahələrin olduğu bildirən vətəndaşlar qeyd ediblər ki, istənilən an onların həyatı üçün də təhlükə var.
Yəni, istənilən an bu binada olan tikinti materialı hər hansı vətəndaşın üzərinə düşə bilər. Beləliklə də, bədbəxt hadisənin baş verməsi qaçılmazdır.
Qeyd edək ki, 2001-ci ildə yaradılmış “Şərur” MTK-nın qanuni təmsilçisi iş adamı İsfəndiyar Məhəmməd oğlu Axundovdur.
Vətəndaşların çəkib redaksiyamıza göndərdiyi görüntüləri təqdim edirik: