Lukaşenko müharibəyə hazırlaşır

 Lukaşenko müharibəyə hazırlaşır

Belarus tezliklə müharibəyə qoşula bilər.

Bu haqda CNN kanalı məlumat yayıb. Məlumata görə, ABŞ və NATO rəsmiləri Ukrayna müharibəsinə Belarusun “tezliklə” qoşula biləcəyini deyiblər. 

CNN yazır ki, Belarus artıq bunun üçün addımlar atır.

NATO hərbi rəsmisi bildirib ki, Belarusun münaqişəyə girmək “ehtimal”ı artır. “Putinin dəstəyə ehtiyacı var. Hər cür dəstək kömək edəcək", - rəsmi izah edib.

Belarus müxalifətindən bir mənbə bildirib ki, Belarusun döyüş hissələri yaxın bir neçə gün ərzində Ukraynaya daxil olmağa və minlərlə qüvvə yerləşdirilməyə hazırdır.

NATO-nun yüksək rütbəli kəşfiyyat rəsmisi bildirib ki, alyans “Belarus Ukraynaya qarşı hücuma haqq qazandırmaq üçün şərait hazırlayır”.

21:13 - 22 Mart 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin