Rusiya qoşunlarının üçgünlük silah-sursatı qalıb

 Rusiya qoşunlarının üçgünlük silah-sursatı qalıb

Ukraynada olan Rusiya qoşunlarının üç günə bəs edəcək silah-sursat və ərzaqları qalıb. Analoji durum yanacaqla da bağlıdır.

Bu barədə Ukraynanın Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, Rusiya qoşunlarının yanacaq təminatı avtosisternlərlə həyata keçirilir.

Bildirilir ki, qoşunların ehtiyaclarının boru xətti ilə təmin olunmasını təşkil etmək mümkün olmayıb. 

14:56 - 22 Mart 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin