Rusiyadakı Avropa şirkətləri müharibəni maliyyələşdirməyə məcbur edilə bilər

 Rusiyadakı Avropa şirkətləri müharibəni maliyyələşdirməyə məcbur edilə bilər

Avropa İttifaqı ölkələri, Rusiya prezidenti Vladimir Putinin vergi yolu ilə müharibəni maliyyələşdirmək riskinin artması səbəbilə, şirkətlərinin Rusiyadan çıxmasına yardım etmək üçün hazırlıqlar aparırlar. 

EUobserver tərəfindən nəzərdən keçirilmiş, Rusiya sanksiyalarının 11-ci fazasında yer alan təkliflərə, Avropa şirkətlərinin çıxışını təmin etmək məqsədilə nəzərdə tutulmuş maliyyə əməliyyatları və hüquqi xidmətlər üçün yeni xüsusi icazələr də daxil olunub.

Müharibə başladığından bəri Avropa İttifaqı 1600-dən çox rus fərd və qurumların aktivlərini dondurmuşdur. 11-ci faza təkliflər, bu siyahıya əlavə olaraq, təxmini 100 yeni ad əlavə edəcək. Lakin yeni təkliflərə əsasən, Aİ ölkələri, bəzi vacib "geri çəkilmə" əməliyyatlarında istifadə edilməsi şərtilə bəzi transaksiyaları həyata keçirməyə icazə verə biləcək.

Avropa hüquq firmalarının Rusiyalı müştərilərə kommersiya xidmətləri verməsi də qadağan edilmişdir. Lakin müştərək maraqlara uyğun olaraq, bu qadağanın təsir sahəsini də azaldılmağa çalışılır. "Tərəfdaş dövlətlərin məsuliyyətli orqanları, 31 dekabr 2023 tarixinə kimi notarius xidmətləri kimi, bu geri çəkilmə işlərinin başa çatdırılması üçün vacib olan hüquqi xidmətlərin təmin edilməsinə icazə verə bilər", - deyə təklifdə bildirilir.

Mayın 16-da yenilənən ABŞ-dakı Yale Universiteti tərəfindən aparılan hesablamalara əsasən, keçən il 1000-dən çox xarici şirkət Rusiyadan çıxıb. Lakin bir çox böyük Avropa şirkəti hələ də Rusiya bazarında mövcudluğunu qoruyur. Bunlar arasında Avropa'nın ən böyük bankları (Deutsche Bank, ING Bank, Raiffeisen Bank International, UniCredit) və enerji şirkətləri (Engie, OMV və Total) var. Armani, Benetton, Diesel və Lacoste kimi tanınmış moda markaları da bu siyahıya daxildir.

Bunlardan əlavə, Avstriya enerji içkisi istehsalçısı Red Bull, Danimarkanın tibbi avadanlıqlar istehsalçısı Coloplast, Hollanda istehlak malları şirkəti Philips və alkoqollu içki istehsalçısı Heineken, Fransız otel şəbəkəsi Accor və kosmetik istehsalçısı Clarins, həmçinin Alman mühəndislik şirkəti Bosch da hələ də Rusiyada bazarında fəaliyyət göstərir. Son 12 aydır Rusiya bazarında qalmaq maddi qazanc ilə reputasiya itirmə riski arasında qumara dönüb.

Məsələn, Avstriya Raiffeisen Bank Internationalın səhmlərinin dəyəri müharibədən sonra Rus bazarında qalmağı rəzalətinə görə 40% azalıb. Ancaq eyni zamanda, müstəqil Rus qəzeti "Novaya Gazetaya" əsasən, 2022-ci ildə bankın Rusiyadakı əməliyyatlarının həcmi €2.2 mlrd-a qədər artaraq ümumi mənfəətin 60%-ni təşkil edib. Bu arada, Rusiya "köhnə dostların" bazardan çıxmağını heç də asanlaşdırmır. Banklar və enerji şirkətləri kimi strateji şirkətlər artıq Rusiya maliyyə nazirliyinin xarici investisiya komissiyasından Rusiyadakı aktivlərini satmaq üçün icazə almalıdırlar.

Ancaq, ayda 10-dan çox icazə vermilmir və artıq növbədə 700 müraciətçi var, "Novaya Gazeta" bildirir. Martda Rusiya, xarici şirkətlərin bazardan çıxması halında satdıqları aktivlərin həcminə 10 faiz vergi tətbiq ediləcəyini elan edərək işləri daha da çətinləşdirdi. "Biz elə mühit yaradırq ki, … xarici şirkətlər üçün bazardan çıxmaq sərfəli olmasın”, Rusiya maliyyə naziri Anton Siluanov "Russia 24" TV kanalına deyib.

Lakin, buna baxmayaraq, gələcəkdə qüvvəyə minəcək qanunlar bazarda qalmağı maddi və əxlaqi baxımdan daha da təhlükəli edə bilər. Bu zamana qədər Avropa şirkətləri, ikiqat vergitutma müqavilələri sayəsində, Rusiyadakı qazanclarından demək olar ki, vergi ödəməyiblər. Lakin Mart ayında maliyyə nazirliyi ABŞ və ya Aİ ölkələri kimi Rusiyaya qarşı sanksiya tətbiq edən 40-a yaxın "dost olmayan" ölkələr ilə bu razılaşmaların dondurulmasını təklif edib. Putin hələ təklifi tətbiq etməyib, amma bu hər an imzalana bilən bir prezident fərmanı məsələsidir. Və simvolizmə olan həvəsini nəzərə alsaq, Putinin bu tələni, Aİ-nin bir neçə həftə ərzində qüvvəyə minməsi gözlənilən 11-ci sanksiyalar paketini tətbiq etdikdən sonra "qurması" yüksək ehtimal kimi görünür.

Putin həmçinin 2 May tarixində, hökumətin müvafiq qurumlarına, "dost olmayan" ölkələrin hissədarlarına dividend ödənişlərinin necə tənzimlənəcəyi ilə bağlı 20 May tarixinədək "yenidən baxışdan keçirmə" təlimatını vermişdir. Vəziyyətin həssaslığından dolayı adının açıqlanmağını istəməyən bir rus mənbəsinə görə, yeni qaydaların tətbiqi Armani, Clarins, Raiffeisen və digər Rusiyada qalan şirkətlər üçün, Rusiyada əldə etdikləri qazanca 25%-ə qədər vergi tətbiq edilməsi ilə nəticələnə bilər.

Rus tələsi

Siluanovun nəzərdə tutduğu 10 faizlik ölkədən çıxış haqqı "gələcək dividend vergisindən xəbərsiz Qərb şirkətlərini Rusiya bazarında müəyyən bir müddət də qalmaq üçün şirnikləndirilə bilər". "Ancaq [ikiqat vergitutma] razılaşmalarınaa xitam verildikdən sonra Moskva Rusiyada hələ də mövcud olan Qərb şirkətlərinə yeni vergi tətbiq edəcək - onlar hətta 25 faizə qədər dividend vergisi ödəməli olacaqlar", - mənbə əlavə edib. Onlar EUobserver-ə bildiriblər ki, "bu, əslində həmin şirkətləri Rusiyanın apardığı müharibənin sponsorlarına çevirəcək". Aİ-nin xarici xidməti hələ ki, qarşıdan gələn sanksiyalar kontekstində, 11-ci faza tədbirlərində birdən-birə ortaya çıxan Avropa şirkətlərinin Rusiyadan çıxmasını asanlaşdırma motivləri kimi təfərrüatları açıqlamır.

Bu qurum, həmçinin EUobserver-ə verdiyi məlumatda, qeyd edir: "Ukraynaya qarşı müharibə və yerli iqtisadi, investisiya və qanunun aliliyi mühitinin təxminolunmazlığı səbəbindən Rusiyada və ya Rusiya ilə iş görmək vaxtı deyil". Və bu, Putinin maddi yöndən zərbə vurmağa hazırlaşdığı Aİ investorları üçün çalan həyəcan təbillərində yalnız biridir. Təxminən 15 il əvvəl Yukos neft şirkəti Kreml tərəfindən ələ keçirilən, mühacirətdə olan rusiyalı maqnat Mixail Xodorkovski mayın 2-də Putinin "göstərişli şəkildə legitim olmayan qanunsuz dövlət
qurduğu" xəbərdarlığını etmişdi.

"Aktivlərin çıxarılması çox uzun müddət əvvəl, hətta müharibədən əvvəl başlamalı idi və 24 fevral 2022-ci ildə [Ukraynanın işğalı tarixi] qərar mütləq verilməli idi", - Xodorkovski deyib.
 

13:11 - 6 İyun 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin