Hoteldə cütlükdən nikah sənədi tələb edilə bilər?

 Hoteldə cütlükdən nikah sənədi tələb edilə bilər?

Azərbaycanda bəzi hotellərə nikah şəhadətnaməsi olmayan cütlükləri buraxmırlar.

Bu, nə qədər qanunidir?

Məsələ ilə bağlı Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi bildirib ki, qanunvericiliyə görə, vətəndaşlar hotel və istirahət mərkəzlərinə yerləşən zaman nikah kağızı təqdim etməyə borclu deyil.

“Uzun illərdir ki, bir çox hotellər cütlüklərdən hotellərdə yerləşməsi üçün nikah kağızını tələb edir. Bunun heç bir hüquqi əsası yoxdur. Maraqlıdır ki, bu qayda ancaq yerli vətəndaşlara tətbiq edilir. Xarici vətəndaşlardan nikah sənədi istənilmir. Biz bunu illərdir ki, müşahidə edirik,” – deyə S.Dübəndi bildirib.//trend

17:58 - 17 Mart 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin