Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, martın 17-də saat 1 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri - M.Əhmədovun idarə etdiyi “Range Rover” və İsmayıl Ağayevin idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub. Nəticədə İ.Ağayev xəstəxanaya aparılarkən yolda ölüb, digər sürücü və sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Araşdırma aparılır.