Bakıda İran vətəndaşı qəza törədib, 3 nəfər ölüb.
Hadisə martın 15-də paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, 1983-cü il təvəllüdlü, İran vətəndaşı Pormehrəli Hüseyn İsmiəli oğlunun idarə etdiyi "Hovo" markalı yük avtomobili ilə Əliyev Eynulla Xeyrulla oğlunun idarə etdiyi "QAZ A65R32-80” mikroavtobus markalı avtomobil toqquşub. Nəticədə mikroavtobusun sərnişinləri - 2001-ci il təvəllüdlü Qəribov Babaşah Ağaşah oğlu, 1984-cü il təvəllüdlü Zeynalov Qayıb Nizami oğlu və 1987-ci il təvəllüdlü Qaraşov Məhəmməd Zakir oğlu hadisə yerində ölüb.
Faktla bağlı Daxili İşlər Nazirliyinin İstintaq və təhqiqat şöbəsində istintaq aparılır.