Bayden NASA-nı təbrik etdi: Ən yaxşı nümunə...

 Bayden NASA-nı təbrik etdi: Ən yaxşı nümunə...

NASA-nı və “Ceyms Vebb” teleskopunun buraxılışını həyata keçirən hər kəsi təbrik edirəm.

Buta.ws xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Tvitter hesabında yazıb.

“Vebb böyük xəyallar qurarkən nəyə nail ola biləcəyimizin ən yaxşı nümunəsidir. Biz həmişə bu layihənin riskli olacağını bilirdik, lakin yüksək riskin mükafatı da böyükdür”, - Bayden bildirib.

Qeyd edək ki, NASA dünən yeni nəsil "Ceyms Vebb" kosmik teleskopunu kosmosa göndərib.

11:53 - 26 Dekabr 2021

Ən son xəbərləri səhifəmizdən də izləyin