Sumqayıtda ağır qəza – Onlarla yaralı var

 Sumqayıtda ağır qəza – Onlarla yaralı var

Sumqayıtda mikroavtobus minik avtomobili ilə toqquşub, yaralılar var.

Hadisə “Stansiya Sumqayıt” yaşayış massivinə gedən avtomobil yolunda qeydə alınıb.

Belə ki, “Hyundai” markalı mikroavtobus “Hyundai Santa Fe” minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində 16 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

21:39 - 15 Mart 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin