"Azərbaycanda yol-nəqliyyat hadisələrində ötən illə müqayisədə təəssüflər olsun ki, artım var".
Bunu Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev deyib.
O bildirib ki, 2020-ci ildə 1 587 yol-nəqliyyat hadisəsi qeydə alınıb və 696 ölüm olub: "2021-ci ildə isə 1 649 yol-nəqliyyat hadisəsi baş verib və 705 ölüm faktı qeydə alınıb".