Telman İsmayılovun qardaşı oğluna hökm oxundu - Müğənnini qaçırdığı üçün

 Telman İsmayılovun qardaşı oğluna hökm oxundu - Müğənnini qaçırdığı üçün

İş adamı Telman İsmayılovun qardaşı oğlu Zaur Mərdanov barəsində Rusiyanın Moskva şəhər Presnensk rayon məhkəməsi tərəfindən 11 il həbs cəzası istənilib.

O, 2004-cü ilin yanvarında dünya şöhrətli müğənni Avraam Russonu oğurlamaqda ittiham olunur. Presnensk rayon məhkəməsi tərəfindən Z.Mərdənaovla yanaşı  Elyar Dəmirov və Vladimir Qusakova da hökm oxunub.

Xatırladaq ki, 2004-cü ilin yanvarında adı çəkilən şəxslər Avraam  Russonu oğurlayaraq, Telman İsmayılova məxsus “Praqa” restoranına gətirib və orada ona işgəncə veriblər.  


18:18 - 14 Mart 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin