Füzulidə ağır qəza - iki nəfər öldü, Şuşanın DYP rəisi də xəsarət aldı

 Füzulidə ağır qəza - iki nəfər öldü, Şuşanın DYP rəisi də xəsarət aldı

Füzuli şəhərində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsində xəsarət alan İlqar Hümbətov Şuşa Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin rəisidir.

Qəza nəticəsində xəsarət alan İlqar Hümbətov xəstəxanaya yerləşdirilib.

DİN-dən  verilən xəbərə görə, hadisə martın 13-də saat 14 radələrində Füzuli şəhəri ərazisində qeydə alınıb. Qəzada Novruz Orucovun idarə etdiyi “Mercedes” və İ.Hümbətovun idarə etdiyi “Mercedes” markalı avtomobilləri toqquşub.

N.Orucov və sərnişini Təvəkkül Əliyev hadisə yerində ölüb, digər sürücü və 3 sərniş xəstəxanaya yerləşdirilib.

16:08 - 14 Mart 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin