Bu şirkət məhkəməyə verildi

 Bu şirkət məhkəməyə verildi

"Körpü-Bina-Tikinti" MMC vətəndaş tərəfindən məhkəməyə verilib.

Asayis.Az-ın məlumatına görə, bu barədə Nəcəfov Fuad Ramiz oğlu Quba Rayon Məhkəməsinə üz tutub.

Belə ki, vətəndaş mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr və maddi ziyanın ödənilməsi barədə tələb irəli sürüb.

Cavadeh qismində İbrahimov Nüsrət Fazil oğlu göstərilir.

İddia hakim Aydın Babayevin sədrliyi ilə araşdırılıb.

Məhkəmənin qərarına əsasən, icraat dayandırılıb və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunub.

Pravda.az

11:15 - 25 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin