Bakıda ağır qəza, 3 maşına dəyib sonra aşdı

 Bakıda ağır qəza, 3 maşına dəyib sonra aşdı

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə Atatürk prospektində qeydə alınıb.

“Kia” markalı avtomobili idarə edən sürücü sükana nəzarəti itirərək yol kənarında dayanan “Volkswagen” , “Mercedes” və “GMC” markalı maşınlara çırpılıb. Zərbənin gücündən idarəetmədən çıxan “Kia” aşıb. Daha sonra qəzaya səbəb olan avtomobilin sürücüsü maşından çıxaraq ərazidən uzaqlaşıb. Hadisə yerinə hüquq mühafizə orqanın əməkdaşları cəlb edilib.


11:14 - 14 Mart 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin